Merts ABŞ prezidentinin Qəzza planını dəstəklədi
Dünya
557
16:46, Bu gün

Merts ABŞ prezidentinin Qəzza planını dəstəklədi

Almaniya Kansleri Fridrix Merts bu gün İsrailə səfəri ərəfəsində Fələstin Prezidenti Mahmud Abbasla telefonda danışıb.

Söhbət zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Almaniya hökumətinin rəsmi təmsilçisi Ştefan Kornelius jurnalistlərə bildirib ki, müzakirə dostluq şəraitində keçib.

"Kansler ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə sülh planını dəstəklədiyini deyib və Fələstin Milli Administrasiyasının (FMA) bu məsələ ilə bağlı konstruktiv mövqeyini alqışlayıb", - Nazirlər Kabinetinin rəsmisi qeyd edib.

F.Mertsin fikrincə, FMA dərhal zəruri islahatlara başlamalıdır. Kansler hesab edir ki, bu islahatlar uğurla nəticələnərsə, FMA müharibədən sonrakı quruculuq dövründə konstruktiv rol oynaya bilər:

"Məqsəd məsələnin həllinə "iki dövlət prinsipi" əsasında nal olmaqdır. Belə perspektiv israillilər və fələstinlilər üçün uzunmüddətli sülhü və təhlükəsizliyi təmin edə bilər".

Link kopyalandı!
Son xəbərlər