İlon Mask Avropa İttifaqını ADR-in xüsusi xidmət orqanları ilə müqayisə etdi
Dünya
247
15:08, Bu gün

İlon Mask Avropa İttifaqını ADR-in xüsusi xidmət orqanları ilə müqayisə etdi

ABŞ-li sahibkar İlon Mask Avropa hökumətinin onun "X" platformasını cərimələməsini kəskin tənqid edib.
 
Moderator.az xəbər verir ki, İ.Mask öz sosial şəbəkə hesabında bu barədə yazıb.
 
O, Avropa İttifaqının sözügedən addımını ADR-in (Almaniya Demokratik Respublikası) dövlət təhlükəsizliyi xidməti - "Ştazi"nin metodları ilə müqayisə edib.
 
"Avropa İttifaqının "Ştazi"dən olan beynəlxalq komissarları tezliklə Streyzand effektinin nə demək olduğunu anlayacaqlar", - Mask yazıb.
 
Başqa sözlə, sahibkar ona işarə edib ki, informasiyanı görməzlikdən gəlmək və ya gizləmək onun daha geniş yayılmasına gətirib çıxarır.
 
Link kopyalandı!
Son xəbərlər