Məşhur filmin yeni bölümü çəkiləcək
Dünya
136
08:52, Bu gün

Məşhur filmin yeni bölümü çəkiləcək

"Sony Pictures" şirkəti "Men in Black" ("Qara geyimli adamlar") franşizasının beşinci filminin çəkiləcəyini açıqlayıb.
 
Moderator.az "Deadline" nəşrinə istinadən xəbər verir ki, film artıq hazırlıq mərhələsindədir.
 
Yeni bölüm üçün ssenarini Kris Bremner yazacaq. İşini bitirdikdən sonra o, ssenarini Uill Smitə göstərəcək. Əgər aktyor bəyənərsə, agent rolunu yenidən canlandıracaq. Onun baş və ya ikinci dərəcəli rolda olacağı məlum deyil.
 
Tommi Li Consun layihəyə qayıdıb-qayıtmayacağı və süjet xətti də hələlik gizli saxlanılır.
 
Xatırladaq ki, "Qara geyimli adamlar" eyni adlı "Marvel" komiks seriyasına əsaslanır. Rejissoru Barri Sonnenfeld olan ilk film 1997-ci ildə nümayiş olunub. Film Yer kürəsində yadplanetlilərin fəaliyyətini izləyən gizli bir təşkilatın agentlərindən bəhs edir.
Link kopyalandı!
Son xəbərlər