“Yermak işdən çıxarıldıqdan sonra ən azı on vəzifəsində qalıb” − KİV
Dünya
111
05 Dec 2025 | 23:55

“Yermak işdən çıxarıldıqdan sonra ən azı on vəzifəsində qalıb” − KİV

Ukrayna Prezidenti Volodimir Zelenskinin işdən çıxarılan ofis rəhbəri Andrey Yermak Ukrayna hökumət aparatında ən azı on vəzifəsini qoruyub.

Moderator.az xəbər verir ki, bu barədə dekabrın 4-də “Zerkalo Nedeli” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukraynadakı korrupsiya qalmaqalına baxmayaraq, Yermak Korrupsiyaya Qarşı Mübarizə Siyasəti Komissiyasının sədr müavini kimi qeyd olunur və Rusiyaya qarşı sanksiyalar hazırlayan “Yermak-McFaul” qrupunun həmsədridir.

O, həmçinin Sahibkarlığa Kömək Komissiyasında, Milli İnvestisiya Komissiyasında, Humanitar və Sosial Məsələlər üzrə Koordinasiya Qərargahında, Dövlət Mükafatları Komissiyasında, Ukrayna Prezidenti yanında Yerli və Regional Hakimiyyətlər Konqresində işləyir və Kiyev üçün təhlükəsizlik təminatlarını hazırlayan “Yermak-Rasmussen” qrupunun üzvüdür.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər