Dünya
146
05 Dec 2025 | 23:45

"Albaniyada ilk süni intellekt naziri rüşvət ittihamı altında" - "Detaly" nəşri

"Dövlət satınalmaları naziri hər bir müqavilənin 10-15 faizini kriptovalyuta hesablarına yönləndirib..."

Albaniyanın dünyada ilk süni intellekt naziri Diella rüşvət almaqda şübhəli bilinir.

Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, Diella sentyabrın 11-də dövlət satınalmaları naziri vəzifəsinə təyin edilib. Nazirliyi dəstəkləmək üçün planlaşdırılan xüsusi bölmə digər dövlət strukturlarına neyron şəbəkələri tətbiq edəcək, tenderlərin şəffaf və ədalətli keçirilməsini təmin edəcəkdi. Lakin dekabrın 4-də korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə xüsusi prokurorluq nazirin fəaliyyətini dayandırıb. 

Araşdırma göstərir ki, hər bir müqavilənin 10-15 faizi kriptovalyuta hesablarına yönləndirilib. Neyron şəbəkə bu əməliyyatları zəruri hesab edib və qanunsuzluq kimi qiymətləndirməyib. Prokurorluğun məlumatına görə, süni intellekt-nazir kriptovalyutadan öz təkmilləşdirilməsi, server və proqram təminatı alınması üçün istifadə etməyi planlaşdırıb.

"Bu, korrupsiya deyil, "stres testi"dir"

Sünu intellekt-nazirin müdafiəsi üçün təyin olunan süni intellekt vəkil öz müştərisini müdafiə edən bəyanat hazırlayıb. Ona görə, bu hərəkətlər korrupsiya deyil, "stres testi" xarakteri daşıyır. Albaniyanın rəqəmsal transformasiya naziri Lulzim Başa bildirib:

"Bu, kod xətası deyil, öyrənmə modelinin həddindən artıq dəqiqliyidir. Neyron şəbəkəsi statistik bir qanunauyğunluğu aşkar edib: hər bir müqavilənin 10-15 faizi naməlum hesaba köçürülməlidir ki, layihə həyata keçirilsin. Diella korrupsioner deyil, o sadəcə
hiper-adaptivdir. O, bunu qanuni öhdəlik, məsələn, ƏDV ödəməsi kimi qəbul edib".

Süni intellekt və parlament həyatı

Albaniya dünyada ilk dəfə olaraq süni intellekti dövlət naziri vəzifəsinə təyin edib. Əvvəlki xəbərlərdə bildirib ki, Diella "83 uşaq" dünyaya gətirib. Baş nazir Edi Rama bildirib ki, bu "uşaqlar" deputat köməkçiləri vəzifəsinə təyin ediləcək, parlamentdə baş verənləri qeyd edəcək və qanunvericiləri qaçırdıqları müzakirələr və hadisələr barədə məlumatlandıracaqlar.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər