Tramp: 2026-cı ilin Dünya Çempionatına bilet satışları proqnozları üstələyib
Dünya
133
05 Dec 2025 | 23:40

Tramp: 2026-cı ilin Dünya Çempionatına bilet satışları proqnozları üstələyib

2026-cı il futbol üzrə dünya çempionatının oyunlarına bilet satışları proqnozları üstələyib və FIFA-nın belə gözləmədiyi səviyyəyə çatıb.

Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən 2026 FIFA Dünya Kubokunun püşkatma mərasimində deyib.

“Deməliyəm ki, siz bilet satışları üzrə yeni rekord müəyyən etmisiniz. O qədər çox bilet satılıb ki, bunu heç kim mümkün hesab etmirdi hətta Canni də”, – o əlavə edib.

Xatırladaq ki, noyabrın sonunda FIFA turnir üçün artıq 2 milyon biletin satıldığını açıqlamışdı.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər