Hər gün Rusiya 1100 əsgərini itirir - General
Dünya
138
05 Dec 2025 | 23:00

Hər gün Rusiya 1100 əsgərini itirir - General

Ukrayna qoşunları hələ də Donetsk vilayətində qala şəhəri Pokrovskın şimal hissəsinə nəzarət edir və şəhərin qalan hissəsini geri almaq üçün mübarizəni davam etdirəcək.

Moderator.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Aleksandr Sırski deyib.

O qeyd edib ki, təqribən 1255 kilometrə qədər uzanan bütün cəbhə xətti boyunca 710 mindən çox rus əsgəri yerləşdirilib. Rusiya tərəfi ölü və yaralı olmaqla, hər gün təxminən 1000-1100 əsgərini itirir.

"İndiki mərhələdə Rusiya ordusu faktiki olaraq bütün cəbhə xətti boyunca irəliləməyə çalışır", - o bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər