Rubio: Aİ-nin X sosial şəbəkəsini cərimələməsi Amerika xalqına zərbədir
Dünya
114
22:48, Bu gün

Rubio: Aİ-nin X sosial şəbəkəsini cərimələməsi Amerika xalqına zərbədir

ABŞ dövlət katibi Marko Rubio Avropa Komissiyasının (AK) X sosial şəbəkəsini 140 milyon dollar məbləğində cərimələməsini Amerika xalqına zərbə adlandırıb.

Moderator.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.

"Avropa Komissiyasının 140 milyonluq cəriməsi sadəcə xarici hökumətlərin X sosial şəbəkəsinə qarşı hücumu deyil, bu həm də Amerikanın texnoloji platformalarına və xalqına yönəlmiş hücumdur. İnternetdə Amerikanın senzura dövrü artıq keçib", - dövlət katibi qeyd edib.

Xatırladaq ki, AK Avropa İttifaqının rəqəmsal xidmətlər haqqında (DSA) qanununa əsaslanaraq şəffaflığın təmin edilməsini pozduğu üçün X sosial şəbəkəsini 120 milyon avro (140 milyon dollar) məbləğində cərimələyib.

Link kopyalandı!
Son xəbərlər