22:24
12°C
Bakı
Niderlandın Vyuqt şəhərindəki islah müəssisəsində məhbuslara həbsxana əməkdaşlarını girov götürüblər.
Moderator.az xəbər verir ki, bu barədə NU.nl məlumat yayıb.
Hadisənin həbsxana xəstəxanasının psixiatriya şöbəsində baş verdiyi bildirilib.
Məlumata görə, hüquq-mühafizə orqanlarının xüsusi təyinatlı qüvvələri müəssisəyə daxil olublar.
Ədliyyə və Təhlükəsizlik Nazirliyi hadisənin yalnız həbsxana daxilində baş verdiyini təsdiqləyib. Obyektin perimetri xaricində heç bir əməliyyat aparılmayıb.
Girovların sayı və hadisənin detalları barədə əlavə məlumat açıqlanmayıb.