Pakistan Qətər və İtaliyadan 45 partiya maye qaz alışından imtina edib
Dünya
147
21:20, Bu gün

Pakistan Qətər və İtaliyadan 45 partiya maye qaz alışından imtina edib

Pakistan 2027-ci ilə qədər nəzərdə tutulan Qətər və İtaliyadan 45 partiya maye qaz alışı üzrə razılaşmanı ləğv edib.

Moderator.az xəbər verir ki, bu barədə "Daily Pakistan Online" "Geo News"a istinadən məlumat yayıb.

Bildirilib ki, Pakistan Qətərdən 24, İtaliyadan isə 21 partiya maye qaz alışından imtina edib.

"Qətərdən 2026-cı ildə idxalı nəzərdə tutulan 24 partiya maye qazın alışı ləğv olunub. İtaliyaya gəldikdə isə Pakistan 2026-cı ildə bu ölkədən planlaşdırılan 12 partiyanın yerinə gələn ilin yanvarında cəmi bir partiya maye qaz alacaq", - nəşr qeyd edib.

Pakistan həmçinin İtaliya şirkəti ilə 2027-ci il üçün nəzərdə tutulan 12 partiya maye qaz alışının 10-nu ləğv edib.

Pakistanın Qətər və İtaliya şirkətləri ilə maye qaz alışına dair uzunmüddətli razılaşmaları var.

Link kopyalandı!
Son xəbərlər