Fransada nazirin evi qarət olundu
Dünya
62
21:00, Bu gün

Fransada nazirin evi qarət olundu

Fransada ekoloji keçiddən məsul olan nazir Matye Lefevrin Parisdəki mənzilindən təxminən 10 000 avro dəyərində zinət əşyaları oğurlanıb.

Moderator.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Oğrular axşam saatlarında, nazirin nə özü, nə də sevgilisi olmadığı zaman evə daxil olublar.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, oğrular qapını cütlüyün poçt qutusunda saxladığı ehtiyat açarla açmış ola bilərlər. Çünki bu açar soyğundan sonra yoxa çıxıb.

Lüksemburq Bağlarının yaxınlığında yerləşən mənzildən heç bir sənəd oğurlanmayıb. Oğrular yalnız zinət əşyalarını aparıblar.

Link kopyalandı!
Son xəbərlər