İlon Maskın sosial şəbəkəsi 120 milyon avro cərimələndi
Dünya
259
20:30, Bu gün

İlon Maskın sosial şəbəkəsi 120 milyon avro cərimələndi

Amerikalı milyarder, sahibkar İlon Maska məxsus "X" sosial şəbəkəsi 120 milyon avro məbləğində cərimələnib.

Moderator.az xəbər verir ki, məlumatı "Bloomberg" agentliyi yayıb.

Cəriməyə səbəb platformanın kontent moderasiyası barədə Aİ qanununu pozmasıdır.

Nəşr qeyd edir ki, bu cür addımlar Ağ Ev və Brüssel arasında yeni mübahisələrin yaranmasına səbəb ola bilər.

"Avropa Komissiyası belə qənaətə gəlib ki, X platformasındakı "mavi nişan" ödənişli simvolu istifadəçiləri çaşdırır, platforma araşdırmaçıların məlumatlara çıxışını məhdudlaşdırır və müvafiq reklam yerləşdirilməsini təmin etməyib", - qərarda deyilir.

Link kopyalandı!
Son xəbərlər