19:35
12°C
Bakı
ABŞ-nin "Netflix" yayım şirkəti "Warner Bros Discovery" şirkətinin satın alınması ilə bağlı razılığa gəlindiyini elan edib.
Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.
Əməliyyatın ümumi dəyəri təxminən 83 milyard dollar təşkil edib. Satınalma prosesinin 2026-cı ilin dördüncü rübündə başa çatması gözlənilir. "Netflix"in səhmləri bu xəbərdən sonra dərhal 3% artıb.
300 milyondan çox abunəçisi olan "Netflix" hazırda ən böyük yayım platformasıdır.
Qeyd edək ki, daha əvvəl "Netflix" platformasının "Warner Bros Discovery" mediakonserninin kino və televiziya studiyalarını, eyni zamanda "HBO Max" platformasını almaq üçün danışıqlara başladığı və bunun "Netflix"in indiyədək miqyasına görə ən böyük müqaviləsi olacağı bildirilmişdi.