19:57
13°C
Bakı
ABŞ Prezidenti Donald Tramp DÇ-2026-nin püşkatma mərasimindən əvvəl FIFA Sülh Mükafatını alacaq.
Moderator.az "The Athletic"ə istinadən xəbər verir ki, Donald Trampa tədbirdə çıxış üçün yer ayrılacaq.
Qeyd edək ki, FIFA Sülh Mükafatı noyabrda təsis edilib. Tramp mükafatın ilk sahibi olacaq.
Xatırladaq ki, 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq turnirdə tarixdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.
Yarış 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Püşkatma mərasimi isə bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.