19:44
12°C
Bakı
Ermənistanın Baş naziri Nikol Paşinyan 9-10 dekabr tarixlərində Almaniya Federativ Respublikasına rəsmi səfər edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan “Armenpress”ə bildirib.
Berlinə səfərin gündəliyinin digər təfərrüatları hələ açıqlanmayıb.
Qeyd edək ki, Almaniya hökumət nümayəndəsinin müavini Sebastyan Hille Almaniya Kansleri Fridrix Mertsin dekabrın 9-da Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyini bildirib.
Məlumata görə, görüş ikitərəfli iqtisadi əməkdaşlıq, regional məsələlər və Ermənistanla Azərbaycan arasındakı sülh prosesinə həsr olunacaq.