ABŞ NATO öhdəliklərinin əksəriyyətini Avropaya ötürmək istəyir
Dünya
136
18:08, Bu gün

ABŞ NATO öhdəliklərinin əksəriyyətini Avropaya ötürmək istəyir

ABŞ 2027-ci ilədək, kəşfiyyat və raket sistemləri də daxil olmaqla, NATO çərçivəsində müdafiə öhdəliklərinin böyük bir hissəsini Avropanın öz üzərinə götürməsini istəyir.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Pentaqon təmsilçiləri Vaşinqtondakı Avropa diplomatlarına belə deyiblər.

Mənbənin sözlərinə görə, ABŞ rəsmiləri qeyd ediblər ki, Avropa 2027-ci ilədək bu öhdəlikləri üzərinə götürə bilməsə, ABŞ NATO-nun müdafiə koordinasiyası ilə bağlı bir çox mexanizmlərində iştirakını dayandıra bilər.

Link kopyalandı!
Son xəbərlər