Braziliyalı
2125
05 Dec 2025 | 17:55

Braziliyalı "Barbi"nin ölüm səbəbi bəlli oldu

Hüquq-mühafizə orqanları Braziliyadan olan "Barbi" ləqəbli 31 yaşlı Barbara Yankavskinin ölüm səbəbini açıqlayıblar.

Moderator.az xəbər verir ki, məlumatı "Daily Mirror" yayıb.

Qeyd edək ki, qadın noyabrın 2-də, 51 yaşlı prokuror Renato Kampos Pinto de Vittonun mənzilində ölü tapılıb.

Prokuror etiraf edib ki, həmin axşam qadın pul qarşılığında onunla cinsi əlaqədə olub, sonra isə birgə kokain istifadə ediblər. Barbaranın ayılmadığını görən kişi təcili yardım çağırıb, lakin həkimlər gələnədək qadın dünyasını dəyişib.

B.Yankavskinin artıq dozada narkotikdən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, B.Yankavski "Barbi" kuklasına bənzəmək üçün 27 əməliyyat keçirmişdi və sosial şəbəkələrdə məşhur idi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər