18:45
12°C
Bakı
Tehran Polis İdarəsinin rəhbəri Abbasəli Məhəmmədian ötən həftə paytaxt polisi tərəfindən 15 nəfərin güllələndiyini açıqlayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məhəmmədianın sözlərinə görə, güllələnən şəxslər "silahlı cinayətkar" kimi tanınıblar və onlar ya polisin əmrinə tabe olmayaraq qaçmağa cəhd ediblər, ya da polisə hücum etməyə çalışıblar.
Şəhər polisinin rəhbəri bildirib ki, bu addım başqa cinayətkarlar üçün xəbərdarlıq mesajıdır və asayiş keşikçiləri təhlükə yaradan heç bir təqsirkarla yumşaq davranmayacaqlar.
"Əgər cinayətkar odlu və ya soyuq silahla polisin həyatına təhlükə yaradarsa, qanuna əsasən, silah tətbiq edilə bilər", - deyə Məhəmmədian vurğulayıb.
