ABŞ-də kütləvi miqrasiya dövrü bitir
Dünya
118
16:50, Bu gün

ABŞ-də kütləvi miqrasiya dövrü bitir

ABŞ-də kütləvi miqrasiya dövrü sona yaxınlaşır və sərhədlərin mühafizəsi milli təhlükəsizlik prioriteti elan edilib.

Moderator.az xəbər verir ki, bu barədə Ağ Evin açıqladığı yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında deyilir.

"Kütləvi miqrasiya erası başa çatmalıdır. Sərhədlərin mühafizəsi milli təhlükəsizliyin əsas elementidir. Biz ölkəmizi işğaldan, təkcə nəzarətsiz miqrasiyadan deyil, həm də terrorizmdən, narkotiklərdən, casusluqdan, insan alverindən qorumalıyıq", - deyə sənəddə bildirilir.

ABŞ administrasiyası hesab edir ki, kütləvi miqrasiya ölkələrin daxili resurslarını tükəndirir, zorakılıq və digər cinayət növlərinin artmasına səbəb olur. Həmçinin sosial birliyi azaldır, əmək bazarlarında vəziyyəti çətinləşdirir və milli təhlükəsizliyə zərər vurur.

Link kopyalandı!
Son xəbərlər