Merts dondurulmuş Rusiya aktivlərinin ABŞ-a verilməsinə qarşı çıxıb
Dünya
119
16:38, Bu gün

Merts dondurulmuş Rusiya aktivlərinin ABŞ-a verilməsinə qarşı çıxıb

Almaniya Kansleri Fridrix Merts Avropa İttifaqı ərazisində dondurulmuş Rusiya aktivlərinin Amerika Birləşmiş Ştatlarına verilməsinə qarşı çıxıb.

Moderator.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Mertsin sözlərinə görə, Vaşinqtonda bəziləri dondurulmuş Rusiya aktivlərindən müəyyən iqtisadi faydalar əldə etmək istəyir.

“Bu, Avropa daxilində həll olunmalı bir məsələdir və mən hər hansı formada iqtisadi mənfəət əldə etmək məqsədilə sonradan səfərbər etdiyimiz vəsaitlərin Amerika Birləşmiş Ştatlarına yönləndirilməsinə heç bir imkan görmürəm. Bu pullar Ukraynaya getməlidir”, – Merts vurğulayıb.

Qeyd edək ki, mətbuatda dərc olunan ABŞ-ın sülh planının ilkin variantında dondurulmuş Rusiya aktivlərindən 100 milyard dolların Ukraynanın bərpasına yatırılması, qalan vəsaitin bir hissəsinin isə ABŞ-Rusiya birgə fonduna yönləndirilməsi nəzərdə tutulur.

Link kopyalandı!
Son xəbərlər