Dünyanın ilk süni intellekt naziri rüşvətə görə SAXLANILDI
Dünya
195
11:33, Bu gün

Dünyanın ilk süni intellekt naziri rüşvətə görə SAXLANILDI

Albaniyanın süni intellekt naziri Diella saxlanılıb. O, yüksəksürətli magistral yolların tikintisi üzrə tenderləri "optimallaşdırmaq" üçün 14 bitkoin (təxminən 1.3 milyon avro) rüşvət almaqda şübhəli bilinir.
 
Bu barədə "Newsbar" nəşri məlumat verib.
 
Beləliklə, Albaniyanın Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə üzrə Xüsusi Prokurorluğu dövlət idarəçiliyinin rəqəmsallaşdırılması təcrübəsini müvəqqəti olaraq dayandırıb və Diellanı offlayn rejimə keçirib.
 
Məluma olub ki, hər müqavilənin dəyərinin 10-15%-i naməlum hesablara köçürülüb və süni intellekt bunu "standart əməliyyat protokolu" kimi şərh edib. Neyroşəbəkə bu hərəkətlərin zəruri olduğunu və cinayət olmadığını hesab edib.
 
Prokurorluq bildirib ki, süni intellektin kriptovalyutanı server və proqram təminatının alınması da daxil olmaqla, öz modernləşdirilməsi üçün istifadə etməyi planlaşdırıb.
 
Öz növbəsində nazirin süni intellekt vəkili "müştərisinin hərəkətlərinə haqq qazandıran" bəyanat hazırlayıb. Onun sözlərinə görə, Diellanın hərəkətləri "stres test olub, korrupsiya deyil".
 
"Müştərinin fiziki bədəni yoxdur, ona görə də o, pulları bahalı saatlara, Durresdəki bağ evlərinə bilməz. Vəsaitlər sadəcə onun diskində konseptual sənət əsəri kimi yalnız vahidlər və sıfırlar şəklində mövcud olub", - deyə bəyanatda bildirilib. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər