00:48
11°C
Bakı
İranın vitse-prezidenti İsmail Səqqab İsfahaninin noyabrın 30-da Gərmsar-Tehran magistral yolunda baş verən avtomobil qəzasında yaralanan övladları həyatlarını itiriblər.
Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İsmail Səqqab İsfahani "X" sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, avtoqəzada ağır yaralanan və beyin ölümü keçirən qızı Hüsna və oğlu Sübhan xəstəxanada vəfat ediblər.
Xatırladaq ki, Səqqabın həyat yoldaşı eyni qəzada həlak olub.