Dünya
144
04 Dec 2025 | 23:40

"Putinin gizli qızı Parisdə ifşa olundu" - Ukrayna mətbuatı

"Paris gecəsində gözlənilməz qarşılaşma Putinin ailə sirrini yenidən gündəmə gətirdi..."

Parisin turistlərdən uzaq 20-ci dairəsindəki kiçik L Gallery yenidən gündəmə çevrilib. Səbəb isə illərdir araşdırma mövzusu olan bir adın - Vladimir Putinin ehtimal olunan qızı Liza Rozovanın (Fransada onu Luiza çağırırlar) burada işləməsidir.

Moderator.az xəbər verir ki, bu barədə "tsn.ua" nəşri yazıb.

Parisin arxa küçəsində tapılan sirr

Nəşr yazır ki, araşdırmalar hələ 2020-ci ildən onun Kreml rəhbəri və milyardçı Svetlana Krivonoqixlə bağlılığını gündəmə gətirib. Üstəlik, qızın Putinə çox oxşaması tez-tez müzakirələrə səbəb olub.

Jurnalist Dmitri Svyatnenko yeni sərginin açılışı zamanı qalereyaya daxil olur. Şüşələr buğlandığı üçün qızı seçmək çətin idi, amma gecə saat 11-ə yaxın o, digər əməkdaşlarla birlikdə küçəyə çıxanda hər şey aydınlaşıb. Lizanın yanındakı bir nəfərin davranışı xüsusilə diqqət çəkib - o, peşəkar mühafizəçi kimi hərəkət edib.

"Mənim bununla nə əlaqəm var ki?"

Jurnalist yaxınlaşan kimi Liza və ətrafındakı kişilər sanki çaşıv, hərəkətsiz qalıb. Liza ilk cümləsində bildirib ki, "çəkilişə icazə vermir". Svyatnenko isə cavab verib: "Kiyev indi işıqsızdır, hava həyəcanı davam edir. Biz də bunlara icazə verməmişik".

Dialoq gərgin olub:

- Atanızın siyasətinə münasibətiniz necədir? Onu dəstəkləyirsiniz?

- Mənim bununla nə əlaqəm var ki?

- Ən azı ona zəng edib deyə bilərsiniz: "Ata, Kiyevi atəşə tutma".

-  Hə, əlbəttə.

- Buyurun, edin.

- Hə, əlbəttə.

Jurnalist ona Kiyevə uçması üçün bilet alacağını bildirib, amma "sizin atanıza görə hava yolları uçmur" deyə əlavə edib. Liza isə təkrar-təkrar "heç nə edə bilməyəcəyini", "çox təəssüf etdiyini" bildirib və söhbəti bitirib: "Cəsarət edib mənə yaxınlaşmağınıza görə sizə təşəkkür edirəm, amma təəssüf ki, heç bir şey edə bilmərəm. Xeyirli axşamlar".

Mühafizəçi, söndürülən mikrofon və fon tarixçəsi

Süjetin montajı zamanı jurnalistlər bir detalı da görüb: Lizanı müşayiət edən kişi tam olaraq peşəkar mühafizəçi davranışlarına malik olub. Üstəlik, danışıq zamanı qəfil simsiz mikrofon sönüb. Komanda bunun qəsdən "boğulmuş" ola biləcəyini düşünür. Xoşbəxtlikdən kameranın "puşka" (səsi üzaqdan yazan- red.) mikrofonu hər şeyi yazıb.

Mətbuata görə, 2003-cü ildə doğulan və illər sonra adını "Luiza Rozova" olaraq dəyişən qızın doğum şəhadətnaməsində "ata" qrafası boşdur, amma atasının adı kimi "Vladimirovna" yazılıb. Parisdə incəsənət menecmenti təhsili alan Liza sosial şəbəkələrdə simasını gizlətməyə çalışır. Almaniyanın BILD nəşri onun atasını sərt tənqid etdiyi gizli kanalın olduğunu iddia etsə də, sonradan bu material geri çəkilib - hesabın ona aidliyi təsdiqlənməyib.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər