00:34
11°C
Bakı
"Pantone" Rəng İnstitutunun versiyasına görə, 2026-cı ilin rəngi "bulud rəqqası" ("Cloud dancer") - neytral ağ rəng olacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Pantone"un "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilir.
Bildirilir ki, "Cloud dancer" çaları funksionallıq və hisslərin birləşdiyi məkan yaradır. Bu çalar sakitlik və genişlik atmosferi formalaşdırır, vizual saflığa sığınacaq təklif edərək rifah və yüngüllük hissi aşılayır.
Xatırladaq ki, "Pantone" Rəng İnstitutu hər il əsas rəng tonunu elan edir. Keçən il bu "17-1230 Mocha Mousse" olub.