00:06
11°C
Bakı
Hindistan Rusiyadan 10 il müddətinə sualtı atom zərbə qayığını icarəyə götürəcək.
Moderator.az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.
Tərəflər arasında sövdələşmənin dəyəri iki milyard dollar təşkil edir.
Qeyd olunur ki, Hindistan sualtı qayığı iki il ərzində əldə edəcək, lakin layihənin mürəkkəbliyi səbəbindən tədarük müddətinin dəyişdirilməsi ehtimalı var.
İcarə şərtlərinə görə, sualtı qayıq hərbi məqsədlər üçün istifadə edilə bilməz. Onun yalnız təlim məqsədilə istifadəsinə icazə verilir.
Agentliyin mənbələri bildiriblər ki, Hindistan özünün iki atom sualtı qayığını tikənə qədər dənizçilərinə həmin qayıqla təlim keçməyi planlaşdırır.