Zelenskinin təyyarəsini naməlum dronlar təqib edib
Dünya
144
22:37, Bu gün

Zelenskinin təyyarəsini naməlum dronlar təqib edib

İrlandiyaya səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsini dörd naməlum pilotsuz uçuş aparatı təqib edib.

Moderator.az bu barədə "The Journal" nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, təyyarə planlaşdırılandan bir qədər tez Dublin aeroportuna enib.

Bundan sonra dronlar Ukrayna liderinin səfəri fonunda gizli şəkildə İrlandiya dənizinə göndərilmiş İrlandiya Hərbi Dəniz Qüvvələrinin gəmisi üzərində dövrə vurublar.

Mənbələr bildiriblər ki, dronlar Dublinin şimal-şərqindən havaya qalxıblar və iki saata qədər havada qalıblar. PUA-ları kimin buraxdığı və idarə etdiyi məlum deyil.

Link kopyalandı!
Son xəbərlər