Gürcüstan və Türkiyə XİN başçıları regional məsələləri müzakirə ediblər
Dünya
255
20:00, Bu gün

Gürcüstan və Türkiyə XİN başçıları regional məsələləri müzakirə ediblər

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci toplantısı çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüşdə ölkələr arasında güclü strateji tərəfdaşlıq və intensiv ikitərəfli əməkdaşlıq müsbət qiymətləndirilib.

Tərəflər regiondakı proseslərə, Gürcüstan və Türkiyənin bölgədə sabitliyin və sülhün təşviqindəki roluna diqqət yetiriblər.

Gürcüstanla Türkiyə arasında səmərəli ticari-iqtisadi əməkdaşlıq, eləcə də Orta Dəhlizin inkişafı baxımından iki ölkənin tranzit və nəqliyyat potensialından tam istifadənin zəruriliyi də müzakirə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində ölkələr arasında səmərəli əməkdaşlıq vurğulanıb.

Link kopyalandı!
Son xəbərlər