Putin Ukraynanın işğalını davam etdirmək niyyətindədir
Dünya
347
19:45, Bu gün

Putin Ukraynanın işğalını davam etdirmək niyyətindədir

Donetsk və Luqansk Moskvanın nəzarətinə keçəcək

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynanın Donetsk və Luqansk vilayətləri istənilən halda Rusiyanın nəzarətinə keçəcək. O, bu ərazilərin ya silahlı yolla, ya da Ukrayna ordusunun geri çəkilməsi ilə “azad ediləcəyini” deyib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" saytı məlumat yayıb.

“Xalq müstəqillik üçün səs verib”

Putin iddia edib ki, Donetsk və Luqansk sakinləri müstəqillik üçün səs veriblər və Ukrayna ordusuna bu əraziləri tərk etməyi təklif ediblər. Lakin Ukrayna tərəfi müharibəyə üstünlük verib və nəticədə hazırkı vəziyyət yaranıb.

Trampın təklif etdiyi sülh planı

ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən təklif edilən 28 maddəlik sülh planı Donetsk və Luqansk vilayətlərinin Rusiyanın nəzarətinə keçməsini nəzərdə tutur. Rusiya isə əlavə olaraq Zaporojye və Xerson vilayətlərinə də iddia edir.

Moskva bəzi maddələrlə razı deyil

Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşdə bəzi maddələrlə razılaşmadıqlarını bildirib. ABŞ planı dörd “paketə” bölməyi təklif edib. Hələlik planın tam mətni ictimaiyyətə açıqlanmayıb.

G7-yə qayıdış təklifinə rədd cavabı

Putin ABŞ-ın Rusiyanın “Böyük Yeddilik” (G7) qrupuna qayıtmaq təklifini də rədd edib. O, artıq bu sammitlərdə iştirak etmədiyini və bu məsələnin gündəmdə olmadığını bildirib.

Putinin mətbuat konfransı 19 dekabrda keçiriləcək

Rusiya Prezidentinin böyük mətbuat konfransı və “birbaşa xətt” tədbiri 19 dekabrda baş tutacaq.

Link kopyalandı!
Son xəbərlər