Böyük Britaniya Rusiya Hərbi Kəşfiyyatına qarşı sanksiyalar tətbiq edib
Dünya
101
18:40, Bu gün

Böyük Britaniya Rusiya Hərbi Kəşfiyyatına qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya “Novıçok” işi üzrə araşdırmadan sonra Rusiya Hərbi Kəşfiyyatına qarşı sanksiyalar tətbiq edib.

Moderator.az xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi məlumatında bildirilir.

Sanksiyaların tətbiqi 2018-ci ilin martında Solsberi şəhərində Britaniyalı Daun Stercisin ölümü ilən nəticələnmiş keçmiş Rusiya casusu Sergey Skripalın qətl cəhdi ilə bağlı aparılmış araşdırmanın yekun hesabatına əsaslanır. Araşdırmanın nəticələrinə görə, bu əməliyyat Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiqlənmişdi.

Bu nəticəyə araşdırma komissiyası gəlib və komissiyanın sədri Lord Hyuz tərəfindən təqdim edilən yekun 174 səhifəlik hesabat bunu təsdiqləyir.

Qeyd olunur ki, sanksiyalar “Rusiya dövləti tərəfindən dəstəklənən düşmənçilik fəaliyyətlərinin arxasında dayanan” Rusiyanın hərbi kəşfiyyatında çalışanlar da daxil olmaqla 11 şəxsi əhatə edir.

İndi Rusiyanın hərbi kəşfiyyatı tam olaraq Böyük Britaniyanın sanksiyaları altında olacaq.

Link kopyalandı!
Son xəbərlər