2026-cı ilin birinci yarısında Kipr Avropa İttifaqı Şurasına sədrlik edəcək və bu, Ukrayna üçün klasterlərin açılması baxımından tarixi əhəmiyyət kəsb edə bilər.
Moderator.az-ın Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Kipr Prezidenti Nikos Xristodulidis ilə birgə mətbuat konfransında bildirib.
Bu, Kipr prezidentinin Ukraynaya ilk səfəridir. Zelenski vurğulayıb ki, Kiprin Avropa İttifaqı Şurasına sədrliyi dövründə təşkilatın genişlənməsi istiqamətində ciddi irəliləyişə nail olmaq vacibdir.
"Biz gözləyirik ki, qarşıdakı aylar Ukraynanın Aİ-yə gedən yolunda daha çox irəliləyiş gətirəcək. Kiprin sədrliyi Ukrayna üçün klasterlərin açılması və digər zəruri qərarlar baxımından tarixi ola bilər'", – deyə Zelenski vurğulayıb.