Gürcüstanda xam neft qaçaqmalçılığına görə Qazaxıstan vətəndaşları saxlanılıb
Dünya
56
18:19, Bu gün

Gürcüstanda xam neft qaçaqmalçılığına görə Qazaxıstan vətəndaşları saxlanılıb

Gürcüstanda qrup şəklində gömrük qaydalarının pozulması faktı üzrə üç Qazaxıstan vətəndaşı saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.

İstintaqla müəyyən edilib ki, “Batumi Neft Terminalı” MMC-nin rəhbər şəxsləri gömrük prosedurlarını pozaraq terminalın rezervuarını dəyəri 15 milyon laridən (5,5 milyon ABŞ dolları) artıq olan 10 min tondan çox bəyan edilməmiş xam neftlə doldurub və gizli şəkildə onu boşaldıb.

Təqsirləndirilən şəxslər xüsusilə külli həcmdə yüksək keyfiyyətli neft məhsullarının yox olması faktını gizlətmək məqsədilə gömrük terminalının rezervuarına istifadəyə yararsız neft tullantıları yerləşdiriblər.

Cinayətkar qrupun digər üzvlərinin müəyyən edilməsi, dövlət büdcəsinə vurulmuş zərərin hesablanması, qaçaqmal neftin sonrakı reallaşdırılması faktlarının müəyyən edilməsi məqsədilə iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Törədilmiş cinayət əməlinə görə 11 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, “Batumi Neft Terminalı” MMC 2017-ci ildən Qazaxıstanın “KazTransOil” Səhmdar Cəmiyyətinə məxsusdur.

Link kopyalandı!
Son xəbərlər