Yaponiya polisi "ChatGPT" çatbotundan istifadə edərək fitnes mərkəzləri və internet-kafelər şəbəkəsinə kiberhücum edən 17 yaşlı şagirdi saxlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Jiji Press" agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, yaponiyalı gənc, təxminən, 7.3 milyon insanın şəxsi məlumatlarına çıxış əldə edib.
Xəbərdə bildirilir ki, Osakadan olan gənc və ortağı internet-kafelər və fitnes mərkəzləri şəbəkəsini idarə edən "Kaikatsu Frontier" şirkətinə kiberhücum həyata keçirib.
Məlumata görə, yapon şagird "ChatGPT" proqramından istifadə edərək şirkətin serverlərinə yeddi milyondan çox icazəsiz sorğu göndərib və bununla da qurumun fəaliyyətini pozub.
Kiberhücum təşkil edən tələbə günahını etiraf edib.
"Sistemdə zəif yerləri tapmaqla əyləndim", - deyə şagird törətdiyi əmələ münasibət bildirib.