Abbas Əraqçi livanlı həmkarını Tehrana dəvət edib
Dünya
225
17:37, Bu gün

Abbas Əraqçi livanlı həmkarını Tehrana dəvət edib

İranın xarici işlər naziri Abbas Əraqçi livanlı həmkarı Yusef Racini yaxın gələcəkdə Tehrana ikitərəfli münasibətlər və regional məsələləri müzakirə etmək üçün səfər etməyə dəvət edib.

Moderator.az İran KİV-inə istinadən xəbər verir ki, nazir livanlı həmkarına ünvanladığı məktubda Tehranın Livanın suverenliyinə sarsılmaz dəstəyini təsdiqləyib.

"Əraqçi Livanlı həmkarını ikitərəfli münasibətlərin gücləndirilməsi, həmçinin regional və beynəlxalq vəziyyətlə bağlı məsləhətləşmələrin aparması üçün İrana dəvət edib. O, Livan xalqı və hökumətinin mövcud təhlükə və çağırışların öhdəsindən uğurla gələcəyinə inandığını ifadə edib",- bəyanatda bildirilir.

Link kopyalandı!
Son xəbərlər