Dünya
626
17:35, Bu gün

"Putin müharibəni bitirmək və normal həyata qayıtmaq istəyir" - Tramp

"Ağ Ev nümayəndələrinin Putinlə danışıqları kompromis gətirmədi, Avropa və Kiyev Trampın nikbinliyinə inanmır..."

ABŞ prezidenti Donald Tramp son açıqlamalarında Vladimir Putinin "müharibəni tamamlayıb normal həyata qayıtmaq istədiyini" iddia edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

"Tanqo üçün iki nəfər lazımdır"

Nəşr yazır ki, bu fikir xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin dekabrın 2-də Moskvada keçirdiyi uzun danışıqlardan sonra formalaşıb. Tramp Rusiya-ABŞ ticarət əlaqələrinin də bərpa oluna biləcəyini deyir, lakin nəticədən əmin deyil: "Tango üçün iki nəfər lazımdır".

Avropa və ekspertlərin skeptik yanaşması

"Politico" və "Bloomberg" yazır ki, Uitkoff-Kuşner heyətinin görüşü beş saata yaxın davam etsə də, kompromis əldə olunmayıb. Keçmiş ABŞ diplomatı Daniel Frid prosesi "uğursuz" adlandırır. Avropada da narazılıq açıq səslənir. 

Britaniya xarici işlər naziri İvette Kuper Moskvanı "təhdidləri dayandırmağa" çağırır, Ukrayna XİN rəhbəri Andrey Sibiqa isə Putinin vaxt udmağa çalışdığını bildirir. Kreml isə yalnız qısa reaksiya verib: Putinin köməkçisi Uşakov danışıqları "pozitiv" adlandırsa da, detalları açıqlamayıb.

"28 bəndlik plan" və prosesin növbəti mərhələsi

"Associated Press" xəbər verir ki, Uitkoff və Kuşner dekabrın 4-də Mayamidə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustəm Ömərovla görüşəcək. Bu, Moskva görüşündən sonra yeni mərhələ kimi qiymətləndirilir. Son həftələrdə ABŞ tərəfindən irəli sürüldüyü iddia edilən "28 bəndlik plan" mətbuatda geniş müzakirə olunur.

Sızan məqamların bir qismi Moskvanın maraqlarına uyğun görünür və planın Cenevrədə yenidən işlənib qısaldıldığı bildirilir. Ümumilikdə, Vaşinqton görüşləri "səmərəli" adlandırsada, siyasi nəticə yoxdur. Tramp isə yenə eyni iddianı təkrarlayır: nümayəndələrinin sözlərinə görə, guya Putin "müharibəni bitirmək istəyir".

Link kopyalandı!
Son xəbərlər