İsrailin təhlükəsizlik mənbələri Qəzzada HAMAS-a qarşı fəaliyyət göstərən silahlı qruplaşma lideri Yasir Əbu Şababın ölümünü təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Təhlükəsizlik qüvvələri onun HAMAS tərəfindən deyil, daxili qarşıdurma zamanı öldürüldüyünü açıqlayıb.
17:26
Qəzzada HƏMAS-a qarşı fəaliyyət göstərən silahlı qruplaşma lideri Yasir Əbu Şababın öldürülməsi ilə bağlı xəbərlər yayılıb.
Moderator.az xəbər verir ki, bu barədə ərəb mediasında məlumatlar dərc olunub.
Yayılan xəbərlərə görə, Yasir Əbu Şabab Qəzza zolağının Rafah bölgəsində - İsrailin nəzarəti altında olan ərazidə öldürülüb.
Onun ölümünün necə baş verməsi və kim tərəfindən törədildiyi ilə bağlı məlumat yoxdur.
“The Times of Israel” İsrailin qruplaşma liderinin ölümü ilə bağlı xəbərləri araşdırdığını yazıb.
Qeyd edək ki, Yasir Əbu Şababın qurplaşması HƏMAS-İsrail münaqişəsində İsraillə əməkdaşlıq edib və İsrail tərəfindən silahla təchiz olunub.