Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan XİN başçısı Ararat Mirzoyanın Brüsseldə Kaya Kallas və Marta Kosla görüşünə kəskin reaksiya verib.
Moderator.az-ın xəbərinə görə, Zaxarova bugünkü brifinqdə bildirib ki, Brüsseldəki açıqlama Aİ-nin yeganə məqsədinin Rusiya ilə Ermənistan arasındakı münasibətlərə xələl gətirmək olduğunu sübut edir.
O qeyd edib ki, bununla avropalılar özlərini ifşa ediblər.
Zaxarova Aİ nümayəndələri Kaya Kallas və Marta Kosu “Brüssel vampirləri” adlandırıb.
“Bu açıqlama Aİ-nin yeganə məqsədinin Rusiya ilə Ermənistan arasındakı münasibətlərə xələl gətirmək olduğunu sübut edir. Onlar artıq bunu gizlətmirlər. Bəlkə də gizlədə bilərlər, amma onların zehni qabiliyyətləri buna mane olur. Ermənistanlı istehlakçılar Rusiya-Ermənistan enerji əməkdaşlığından hansı zərəri görüblər? Heç nə”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, Mirzoyanın Brüsselə səfəri çərçivəsində Aİ İrəvana Rusiyadan enerji asılılığını və Rusiya tərəfindən “informasiya təhlükəsizliyi sahəsində təhdidləri” azaltmaq üçün vəsait ayırıb.