Federika Moqerini Avropa Kollecinin rektoru vəzifəsindən istefa verib
Dünya
85
17:18, Bu gün

Federika Moqerini Avropa Kollecinin rektoru vəzifəsindən istefa verib

Federika Moqerini Avropa Kollecinin rektoru vəzifəsindən istefa verib.

Moderator.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Moqerini kollecin tələbə, məzun və işçi heyətinə göndərdiyi e-maildə bildirib.

Qeyd edək ki, bundan əvvəl Moqerini Belçika polisi tərəfindən korrupsiya ilə bağlı şübhələrlə əlaqədar olaraq saxlanılıb, sonra isə azad edilib.

Avropa İctimai Prokurorluğu Ofisi Moqerini və digər iki avropalı rəsmini saxtakarlıq və korrupsiyada ittiham edib.

Moqerininin vəkili onun özünə qarşı irəli sürülən ittihamları rədd etdiyini bildirib.

Moqerini əvvəllər Avropa İttifaqının təhlükəsizlik məsələləri və xarici siyasət üzrə Ali Nümayəndəsi kimi də fəaliyyət göstərib.

Link kopyalandı!
Son xəbərlər