Dünya
142
16:30, Bu gün

"Rusiyanın Odessaya gecə hücumu: dron zərbələri şəhəri yenidən iflic etdi" - Ukrayna mətbuatı

"Enerji obyektində yanğın baş verib, sakinlər xilas edilib, bəzi rayonlar işıqsız qalıb..."

4 dekabr gecəsi Rusiya ordusu bir daha Odessaya kütləvi dron hücumu həyata keçirib. HHM bölmələri çoxlu hədəfi məhv etsə də, şəhərin mülki və enerji infrastrukturu ciddi ziyan görüb.

Moderator.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri məlumat yayıb.

Enerji obyektində yanğın, çoxsaylı yaralılar

Məlumatda deyilir ki, enerji obyektində yanğın başlayıb, yaxınlıqdakı çoxmərtəbəli binalar və avtomobillər zədələnib. İlkin məlumata görə, 6-7 nəfər yaralanıb, onların ikisi zərbələrdən sonra qapalı qalan mənzillərdən xilas edilib. Şəhərdə psixoloqlar 33 sakinə, o cümlədən 6 uşağa yardım göstərib. Zərbələrdən sonra Peresıpski rayonunun bir hissəsi işıqsız qalıb, tramvay marşrutları dayandırılıb və sosial avtobuslarla əvəzlənib.

Odessada dağıntılar və şəhər həyatının iflici

Energetiklərin məlumatına görə, şəbəkədəki lokal qəza səbəbindən elektrik təchizatı bərpa işləri 3 günə qədər çəkə bilər. Şəhər administrasiyası "sarsılmazlıq məntəqələri" quraraq sakinlərə istilik və enerji dəstəyi təşkil edib.

Yanğından sonra 28 avtomobil, 5 qaraj, 8 çoxmərtəbəli yaşayış binası və bir inzibati bina zədələnib. Xilasedicilər 17 texnika və 60 əməkdaşla çalışaraq yanğını hava həyəcanına baxmayaraq tez söndürə biliblər. Eyni gecə Ukraynanın digər şəhərləri də hədəfə alınıb: Xarkovda "İsgəndər-M" zərbəsi, Sumıda "Lancet" tipli dron uçuşu qeydə alınıb.

Krivoy Roqa ballistik zərbə, Rusiyada zavoda dron hücumu

Krivoy Roqda ballistik raket (ehtimal ki, "İsgəndər-M") inzibati binaya düşüb. 3-4 nəfər yaralanıb, o cümlədən 3 yaşlı qız. Bir neçə çoxmərtəbəli bina və qarajlar zədələnib, yanğın söndürülüb.

Eyni zamanda, Ukrayna pilotsuz aparatları Rusiyanın Nевинномысск şəhərindəki "Nevinnomısski Azot" kimya kombinatını üçüncü dəfə vurub. Bu zavodun Rusiya hərbi-sənaye kompleksi üçün kritik məhsullar - ammonyak, selitra və digər partlayıcı komponentləri istehsal etdiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində 76 Ukrayna dronunun müxtəlif bölgələr üzərində vurulduğunu açıqlayıb. Beləliklə, ABŞ prezidenti Trampın "sülh planı" ətrafında danışıqların getdiyi zamanda Ukraynada savaş səngimək bilmir, Kreml diktatoru sülhə əsla hazır olmadığını bir daha nümayiş etdirir.

Link kopyalandı!
Son xəbərlər