Ukrayna üzrə sülh planının dörd hissəsi nədən bəhs edir?
Dünya
271
16:27, Bu gün

Ukrayna üzrə sülh planının dörd hissəsi nədən bəhs edir?

ABŞ-nin Ukrayna üzrə sülh planının bölündüyü dörd paket ərazi və iqtisadi məsələləri, eləcə də Ukraynanın suverenliyi və Avropa təhlükəsizliyi mövzularını əhatə edir.

Moderator.az-ın xəbərinə görə, bu barədə "The New York Times" nəşri mənbələrə istinadən məlumat verib.

Məlumata görə, paketlərdən biri Ukraynanın suverenliyi, sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayına qoyulan məhdudiyyətlər və raket uçuş məsafələri ilə bağlı məsələlərə aiddir. Digər bəndlər ərazi məsələləri, iqtisadiyyat və daha geniş Avropa təhlükəsizlik məsələlərini əhatə edir.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, buna qədər hazırlanmış ABŞ sülh planının 28 bəndi aktualdır və müzakirəsi davam edir, sadəcə olaraq Vaşinqton onları dörd ayrı paketə bölməyi təklif edib.

Link kopyalandı!
Son xəbərlər