İranlı taekvondoçu qız İsraildən olan rəqibinə görə döyüşdən imtina etdi
Dünya
83
16:20, Bu gün

İranlı taekvondoçu qız İsraildən olan rəqibinə görə döyüşdən imtina etdi

İranlı taekvondoçu qız Rojan Qudarzi püşkatmaya əsasən israilli iştirakçı ilə görüşməli olduğu üçün Nayrobidə keçirilən 21 yaşadək idmançıların dünya çempionatında döyüşə çıxmaqdan imtina edib.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Dünya Taekvondo Federasiyası püşkatma qaydalarında qəfil dəyişiklik edib və bu da onların eyni qrupda yer almasına səbəb olub. İran komandası etiraz edib, lakin federasiya nümayəndələri turnir püşkatmasının yenidən nəzərdən keçirilməsinin mümkünsüzlüyünü vurğulayıb.

Bu imtinaya cavab olaraq İsrailin elm və texnologiya naziri Qila Qamliel "X" hesabında yazıb ki, iranlı taekvondoçu bir səbəbdən - qorxudan imtina edib: idman qorxusundan deyil, onu və ailəsini təhdid edən rejim qorxusundan.

Onun sözlərinə görə, İslam Respublikası da qorxur, iranlılar isə azad həyat və elementar imkanlar - su, elektrik enerjisi, təmiz hava və azad iqtisadiyyat arzulayırlar.

Link kopyalandı!
Son xəbərlər