Türkiyə Qara dənizdəki təhlükəsizliklə bağlı açıqlama yaydı
Dünya
49
16:10, Bu gün

Türkiyə Qara dənizdəki təhlükəsizliklə bağlı açıqlama yaydı

Türkiyə Qara dəniz hövzəsində təhlükələrlə mübarizə aparmaq üçün zəruri tədbirlər görür.

Moderator.az xəbər verir ki, məlumatı "Haber Global" ölkənin Müdafiə Nazirliyinə istinadən yayıb.

Açıqlamada deyilir ki, müharibə ilə bağlı təhlükələr Türkiyəni müəyyən addımlar atmağa vadar edir, onların qarşısını almaq üçün "dayanıqlı sülh vacibdir".

Qurum Yunanıstanın bəzi rəsmilərinin "gərginliyi artıran addım və açıqlamalarının beynəlxalq anlaşmalara zidd və reallıqdan uzaq" olduğuna, iki ölkə arasında münasibətlərə ziyan vurduğuna diqqət çəkir.

"Türk Silahlı Qüvvələri özünə təhlükə yaratmayan heç kim üçün təhlükə deyil. Amma ölkəmizə yönələn hər cür təhdidi aradan qaldıracaq güc və qətiyyətdəyik", - deyə açıqlamada bildirilir.

Nazirliyin açıqlamasına görə, Türkiyə ölkənin dəniz hövzələrində, sualtı və suüstü vacib obyektlərdə təhlükəsizliyin artırılmasına çalışır. Buraya həm də kəşfiyyatın və Hərbi Hava və Hərbi Dəniz qüvvələrindən istifadə etməklə müşahidələrin aparılması, eyni zamanda, Qara dənizdə minaəleyhinə fəaliyyət göstərən qrup çərçivəsində addımların atılması daxildir.

Link kopyalandı!
Son xəbərlər