İrandan açıq mesaj: İsrailə qarşı müharibədə qalib gəldik
Dünya
104
15:04, Bu gün

İrandan açıq mesaj: İsrailə qarşı müharibədə qalib gəldik

İranın Baş Qərargah rəisi general-mayor Əmir Hatəmi İran-İsrail müharibəsində onların qalib gəldiyini və Təl-Əvivin məqsədlərinə çata bilmədiyini qeyd edib.
 
Moderator.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Hatəmi parlamentin Plan və Büdcə Komitəsində İran-İsrail münaqişəsi ilə bağlı qiymətləndirmələr edib.
 
Hatəmi deyib: "İran ABŞ ilə danışıqlar apararkən Amerikanın dəstəyi ilə sionist rejimin hücumunun hədəfinə çevrildi. Biz bu müharibədə qalib gəldik, düşmən heç bir məqsədə nail ola bilmədi".
 
İsrailin İranın nüvə, raket və hava hücumundan müdafiə imkanlarını məhv etməyi hədəflədiyini bildirən Hatəmi vurğulayıb ki, hücumların davamı olaraq İsrail ölkədəki İslam hakimiyyətini və bütövlükdə İran dövlətçiliyini sarsıtmaq istəyirdi.
 
Onun sözlərinə görə, silahlı qüvvələrin gərgin fəaliyyəti və xalqın möhkəm iradəsi sayəsində İsrail bu məqsədinə çata bilmədi və nəticədə cavab tədbirləri çərçivəsində İsrailə qarşı güc tətbiq olundu.
 
Qeyd edək ki, iyunun 13-də İsrail ordusunun yüksək komandanlığı da daxil olmaqla, İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini hədəf alan irimiqyaslı hücumlara başlayıb.
 
İranda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi hücumlarda həyatını itirib.
 
İsrailə açıq dəstək verən ABŞ iyunun 22-də İranın "Natanz", "Ford"o və İsfahandakı üç nüvə obyektinə hücum edib.
 
İran ABŞ-ın hücumuna cavab olaraq iyunun 23-də Qətərdəki "Əl-Udeyd" aviabazasına hücum edib və ABŞ prezidenti Donald Tramp iyunun 24-də İran və İsrail arasında atəşkəs elan edib.
Link kopyalandı!
Son xəbərlər