Çində güclü zəlzələ baş verdi
Dünya
150
14:30, Bu gün

Çində güclü zəlzələ baş verdi

Çinin şimal-qərbindəki Sintsyan-Uyğur muxtar bölgəsində 6.2 bal gücündə zəlzələ qeydə alınıb.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.
 
Zəlzələnin episentri 135 000 nəfərin yaşadığı Tumşuq bölgəsindən 141 kilometr şimal-qərbdə, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.
 
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilmir.
 
Link kopyalandı!
Son xəbərlər