KİV: İtaliya hökumətinin Kiyevə silah tədarükü ilə bağlı mövqeyi dəyişib
Dünya
228
12:02, Bu gün

KİV: İtaliya hökumətinin Kiyevə silah tədarükü ilə bağlı mövqeyi dəyişib

"NATO-nun Ukraynaya Amerika silahlarının alınması proqramında iştirak etməsi vaxtından əvvəl verilən qərardır".
 
Moderator.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib.
 
"Əgər münaqişənin həlli ilə bağlı razılaşma əldə olunarsa, döyüş əməliyyatları da dayandırılacaq. Belə olarsa, silahlara da ehtiyac qalmayacaq. Münaqişə danışıqlar nəticəsində həllini taparsa, başqa məsələlər, məsələn, təhlükəsizlik zəmanətləri lazım olacaq", - deyə italiyalı nazir Brüsseldə jurnalistlərlə söhbəti zamanı bildirib.
 
"Bloomberg" vurğulayıb ki, Tayaninin açıqlaması İtaliya hökumətinin Ukrayna ilə bağlı strategiyasında dəyişiklikdən xəbər verə bilər.
 
Agentlik qeyd edib ki, İtaliyanın Ukraynaya davamlı dəstəyinə baxmayaraq, hökumət Avropada Kiyevə silah tədarükünün "uyğun olmadığını" birbaşa bəyan edən ilk ölkə olub.
 
Link kopyalandı!
Son xəbərlər