Dünyanın ən gözəl qızını məhkəməyə verdilər
Dünya
200
11:57, Bu gün

Dünyanın ən gözəl qızını məhkəməyə verdilər

"Kainat gözəli" beynəlxalq müsabiqəsinin təşkilatçıları 2025-ci ilin qalibi Fatimə Boşu məhkəməyə veriblər.
 
Moderator.az xəbər verir ki, məlumatı "The Thaiger" yayıb.
 
Meksika təmsilçisi böhtan atmaqda ittiham olunur. Təşkilatçıların iddiasına görə, F.Boşun tədbirlərdən birindəki insident barədə danışdıqları həqiqəti əks etdirmir.
 
Qız deyib ki, guya ötən ay "Kainat gözəli"nin Tailand bölməsinin rəhbəri Navat İtsaraqrisil çığırıb və onu sponsor tədbirlərinə gəlməməkdə, sponsor fotoşəkillərini sosial şəbəkələrdə paylaşmamaqda ittiham edib. Qız izahat istədikdə isə rəhbər onun sözünü kəsib və F.Boşu "səfeh" adlandırıb.
 
Müsabiqə təşkilatçıları isə belə bir hadisənin baş vermədyini bildirirlər.
Link kopyalandı!
Son xəbərlər