00:29
10°C
Bakı
Moskvadan Puketə yola düşən "Red Wings" aviaşirkətinə məxsus Boeing 777-200 təyyarəsi uçuş zamanı qəza siqnalı verib.
Moderator.az yerli KİV-ə istinadən xəbər verir ki, təyyarə Domodedovo hava limanından havaya qalxıb, hazırda Moskva vilayəti üzərində dövrə vurur.
Qəza siqnalına səbəb mühərriklərdən birində baş verən yanğın olub. Məlumata görə, yanğın artıq söndürülüb.
Təyyarə hazırda yanacağını tükədir və Domodedovo hava limanına təcili eniş etməyə hazırlaşır.
Bortda 412 sərnişin və 13 heyət üzvü olduğu bildirilir.