00:21
10°C
Bakı
ABŞ senatoru Berni Moreno tərəfindən irəli sürülən, ikili vətəndaşlığı qadağan edən qanun layihəsi ölkənin birinci xanımı Melaniya Trampa, dünyanın ən zəngin insanı İlon Mask və bir neçə digər məşhura təsir edə bilər.
Moderator.az xəbər verir ki, bu barədə məlumat "Newsweek" jurnalında yayımlanıb.
Qanun qüvvəyə minərsə, ABŞ ilə yanaşı Sloveniya vətəndaşlığına malik olan Melaniya Tramp və oğlu Barron 12 ay ərzində yalnız bir ölkənin vətəndaşlığını seçməlidirlər.
Tramp ailəsindən əlavə, yeni qanun ABŞ, Cənubi Afrika və Kanada vətəndaşlığı olan iş adamı İlon Mask, eləcə də kino ulduzları Tom Henks, Mila Kunis, Pamela Anderson və digər məşhurları da seçim qarşısında qoya bilər.