23:34
10°C
Bakı
2010-2014-cü illərdə Ukraynanın baş naziri vəzifəsini tutmuş Nikolay Azarov Kiyevin Peçorsk Rayon Məhkəməsi tərəfindən mülkiyyəti müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib.
Moderator.az xəbər verir ki, bu barədə məlumat "Sudebnıy reportyor" nəşrinə istinadən yayımlanıb.
Məlumata görə, Azarov dövlətə xəyanət və həmçinin Ukraynanın dövlət sərhədlərinin dəyişdirilməsinə, habelə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışların yer aldığı materialların yayılmasında təqsirli bilinib.
Qeyd edək ki, Azarov Ukraynanı tərk edərək Rusiyaya köçüb.