Üç ölkə Ukraynaya
Dünya
104
22:40, Bu gün

Üç ölkə Ukraynaya "Patriot" raketləri alacaq

Polşa, Almaniya və Norveç PURL proqramı çərçivəsində Ukraynaya "Patriot" sistemləri üçün 500 milyon dollar dəyərində raket alacaqlar.

Moderator.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Brüsseldə NATO Xarici İşlər Nazirlərinin iclasından sonra jurnalistlərə deyib.

Diplomat əlavə edib ki, satınalmada Varşavanın payı 100 milyon dollar olacaq.

Qeyd edək ki, PURL proqramı iyulun 14-də ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte tərəfindən işə salınıb. Bu mexanizmə əsasən, alyansın müttəfiqləri ABŞ-nin ehtiyatlarından Ukrayna üçün silah alırlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər