Avropa İttifaqı Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı təklifləri təsdiqləyib
Dünya
125
21:57, Bu gün

Avropa İttifaqı Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı təklifləri təsdiqləyib

Avropa İttifaqı Ukrayna üçün Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdə tutan "potensial təzminat krediti"ni təsdiqləyib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının rəhbəri Ursula fon der Lyayen deyib.

"Biz müzakirələrdən sonra mümkün kompensasiya krediti ilə bağlı təklifləri qəbul etdik. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Ukraynaya 2026 və 2027-ci illər üçün 135 milyard avro lazımdır. Bu, dövlət və mülki qurumların fəaliyyətini dəstəkləmək, həmçinin hərbi əməliyyatları davam etdirmək üçün lazımdır".

Avropa İttifaqı Kiyevin maliyyə ehtiyaclarının üçdəikisini ödəyəcək 90 milyard avronu kredit şəklində Rusiya aktivlərinin ekspropriasiyasına alternativ təklif edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər